Azərbaycan mədəniyyətinə ağır itki üz verib.
“BUTA.TV” xəbər verir ki, Xalq artisti, tanınmış aktyor və rejissor Tofiq Mirzəyev 94 yaşında İsraildə vəfat edib.
Tofiq Mirzəyev Azərbaycan kino və televiziya sənətinin görkəmli simalarından biri kimi uzun illər milli mədəniyyətin inkişafına mühüm töhfələr verib.
O, “Uşaqlığın son gecəsi”, “Nəsimi”, “İstintaq”, “Təhminə”, “O qızı tapın” və digər filmlərdə yaratdığı yaddaqalan obrazlarla tamaşaçıların yaddaşında silinməz iz qoyub.
Tofiq Mirzəyev aktyorluq fəaliyyəti ilə yanaşı, televiziya rejissoru kimi də çalışaraq milli ekran mədəniyyətinin formalaşmasında mühüm rol oynayıb.
Allah rəhmət eləsin!
- AZAL media nümayəndələri üçün intellektual yarış təşkil edib
- Yük aparan maşında 53 kq narkotik tapıldı
- Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub
- Arzum bu şərtlərlə azadlığa çıxdı - Sosial şəbəkə qadağan edildi
- "Arzum" ləqəbli bloqer ev dustaqlığına buraxıldı
- Sabah hava necə olacaq?
- Qanunsuz çıxarılan 57 nəfər əvvəlki işlərinə bərpa etdirildi
- "AzerGold"un KSM Komitəsi Daşkəsən sakinləri ilə görüş keçirdi