ABŞ Yaxın Şərqdə artan gərginlik fonunda regionun 10 ölkəsində yaşayan və ya səfərdə olan vətəndaşlarına təhlükəsizlik xəbərdarlığı edib.
“BUTA.TV” xəbər verir ki, Misir, İordaniya, İraq, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Livan, Bəhreyn, Qətər və Omandakı ABŞ səfirlikləri İrana qarşı mümkün hərbi əməliyyatlar və bunun doğura biləcəyi regional eskalasiya ehtimalını əsas gətirərək amerikalılara ehtiyatlı olmağı tövsiyə edib.
Səfirliklərin yaydığı açıqlamalarda Yaxın Şərqdə təhlükəsizlik vəziyyətinin “mürəkkəb olaraq qaldığı” bildirilib. ABŞ vətəndaşlarına yüksək sayıqlıq göstərmək, mümkün uçuş ləğvlərinə, hava məkanının müvəqqəti bağlanmasına və səyahət məhdudiyyətlərinə hazır olmaq çağırışı edilib.
Bundan əlavə, Yaxın Şərqə səfər etməyi planlaşdıran ABŞ vətəndaşlarına səyahət planlarını yenidən nəzərdən keçirmək tövsiyə olunub.
Açıqlamalarda ABŞ-nin diplomatik nümayəndəliklərinin və maraqlarının daha əvvəl də müxtəlif hücumların hədəfi olduğu xatırladılıb. Bildirilib ki, İran və onun dəstəklədiyi qruplar ABŞ obyektlərini, şirkətlərini və xaricdə yaşayan Amerika vətəndaşları ilə bağlı məkanları hədəf ala bilər.
Bildirilib ki, İran son dövrlərdə regionda əvvəlcədən xəbərdarlıq etmədən hücumlar həyata keçirib və mümkün hədəflərin dairəsini genişləndirib.
Amerika vətəndaşlarına olduqları ölkələrdə yerli təhlükəsizlik qaydalarına əməl etmək, rəsmi qurumların tövsiyələrini izləmək və hər hansı fövqəladə vəziyyətə hazır olmaq tövsiyə edilib.
Bundan əvvəl ABŞ-nin İsraildəki səfirliyi də İrana qarşı mümkün hərbi əməliyyatlar fonunda amerikalılar üçün oxşar təhlükəsizlik xəbərdarlığı yayımlamışdı.
- Keçmiş nazir vəfat etdi
- Tofiq Musayev UFC-də ikinci qələbəsini qazandı - Video
- ABŞ-dən bu ölkələrdəki vətəndaşlarına - Xəbərdarlıq
- Su kanalı yarıldı: Həyətlər su altında qaldı - Video
- İşi evindən 150 kilometr uzaqdadır - Hər gün helikopterlə gedəcək
- Azərbaycanlı tələbə Odessaya dron hücumunda yaralandı
- Qarabağ Universiteti ilə bağlı bu qərar düz deyil - Ekspert
- İçərişəhərdəki məşhur restoranların icarədarından narazılıq - Müqavilələri uzadılmır