Vətən müharibəsindəki tarixi Zəfərimizdən bəhs edən “44” bədii filminin tezliklə premyerası olacaq.
“BUTA.TV” xatırladır ki, artıq filmin treyleri ictimaiyyətə təqdim edilib.
Filmdə bir sıra tanınmış azərbaycanlı aktyorlarla yanaşı, türkiyəli aktrisa Özge Gürel də rol alıb.
1987-ci il doğumlu Özge Gürel Türkiyənin tanınmış aktrisalarındandır. Özge Gürel karyerasına 2010-cu ildə “Kızım nerede?” (“Qızım haradadır?”) serialı ilə başlayıb və bu günədək “Kiraz Mevsimi” (“Gilas mövsümü”), “Dolunay”, “Bay Yanlış” (“Cənab Səhv”) kimi məşhur seriallardakı baş rolları ilə şöhrət qazanıb.
“Kar Kırmızı” filmindəki roluna görə Türkiyədə 57-ci Qızıl Portağal Film Festivalında “Ən yaxşı qadın oyunçu” kateqoriyasının nominantı olub. 2015-ci ildə “İlin ən yaxşı komediya aktrisası”, “Ən yaxşı nailiyyət əldə edən aktrisa” nominasiyalarında mükafatlara layiq görülüb.
Özge rol aldığı seriallarla Türkiyənin ən populyar televiziya simalarından biri olub, o cümlədən xaricdə də sevilən auditoriyaya sahibdir. Onun rol aldığı “Kiraz Mevsimi” serialı İtaliyanın məşhur “Canale 5” televiziya kanalında yayımlanıb və bu, İtaliyada nümayiş olunan ilk türk filmi olub. Bunun ardından Özge 2025-ci ildə İtaliyada keçirilən “Italian Global Series Festival”da “Beynəlxalq Ulduz” mükafatına layiq görülüb.








- Bu yerlərdə mənzillərin kvadratı 7 min oldu - Video
- SSRİ bayrağına görə həbs olunanlardan biri Elçin Bayramlı imiş...
- Səmada iki günəş göründü - Foto
- Bu 3 ölkə İrana qarşı döyüşməkdən imtina etdi - XİN rəsmisi açıqladı
- Başına 5 milyon dollar qoyulan “Ponço” belə həbs edildi - Video
- Ombudsmandan beynəlxalq təşkilatlara çağırış...
- SSRİ bayrağına görə həbs olunanlardan biri Elçin Bayramlı imiş - Foto
- “Güllü”nün qızına ömürlük həbs tələbi - Anasını balkondan o atıbmış...