Başına 5 milyon dollar qoyulan “Ponço” belə həbs edildi - Video

22:20 - 2 Avqust 2026 - GÜNDƏM

 Başına 5 milyon dollar qoyulan “Ponço” belə həbs edildi - Video

Meksika ordusunun xüsusi təyinatlıları və federal təhlükəsizlik qüvvələrinin keçirdiyi birgə əməliyyat nəticəsində “Los Reyes” narko-kartelinin rəhbəri, cinayət aləmində “Ponço” ləqəbi ilə tanınan Alfonso Fernandes Maqalyon saxlanılıb.

BUTA.TV” xəbər verir ki, bu barədə ölkənin hüquq-mühafizə orqanları məlumat yayıb.

Məlumata görə, “Ponço” beynəlxalq səviyyədə axtarışda olan ən təhlükəli narkobaronlardan biri hesab edilirdi. ABŞ hakimiyyəti onun yerini göstərən və ya həbs olunmasına kömək edəcək məlumat üçün 5 milyon dollar məbləğində böyük mükafat təyin etmişdi. Xüsusi hazırlıqla həyata keçirilən əməliyyat zamanı kartel başçısı müqavimət göstərə bilmədən ələ keçirilib.

Qeyd edək ki, Alfonso Fernandes Maqalyonun rəhbərlik etdiyi “Los Reyes” qruplaşması ABŞ-yə külli miqdarda narkotik vasitələrin qanunsuz daşınmasında, habelə regionda silsilə ağır cinayətlərin törədilməsində ittiham olunur.

Bu xəbər hal-hazırda çox oxunur
Kartdan-karta köçürmələrə limit qoyuldu


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol