Bu yerlərdə mənzillərin kvadratı 7 min oldu - Video

23:21 - 2 Avqust 2026 - GÜNDƏM

 Bu yerlərdə mənzillərin kvadratı 7 min oldu - Video

Bakıda daşınmaz əmlak bazarında qiymətlərin kəskin artması müşahidə olunur. 

BUTA.TV” xəbər verir ki, əmlak eksperti Elnur Fərzəliyevin sözlərinə görə, qiymət artımı xüsusilə ümumi sahəsi kiçik olan mənzillərdə və köhnə tikili binalarda daha çox nəzərə çarpır.

Ekspert bildirib ki, yeni tikili binalarda da bahalaşma dalğasının davam edəcəyi gözlənilir:

“Bunun əsas səbəblərindən biri paytaxt Bakıda yeni çoxmənzilli yaşayış binalarının inşası üçün yararlı torpaq sahələrinin getdikcə azalmasıdır. Hazırda yeni tikili binalarda qiymətlər yerləşdiyi əraziyə görə dəyişir. Paytaxtın mərkəzi hissəsində bir kvadratmetrin qiyməti təxminən 4-7 min manat, mərkəzə yaxın ərazilərdə 2-4 min manat, şəhər kənarında isə 1.500-2.500 manat arasındadır. Köhnə binalarda isə qiymətlər, əsasən, bir kvadratmetr üçün 2.500-4 min manat arasında dəyişir”.

Bu xəbər hal-hazırda çox oxunur
Kartdan-karta köçürmələrə limit qoyuldu

Daha ətraflı “Xəzər Xəbər”in materialında:


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol