“Bolqarıstan, Böyük Britaniya və Ukrayna İrana qarşı müharibədə iştirak etməyəcəklərini bəyan ediblər”.
“BUTA.TV” xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai dövlət telekanalının efirində bildirib.
İranlı diplomat vurğulayıb ki, son 24 saat ərzində sözügedən ölkələrdən çoxlu zənglər daxil olub:
“Son 24 saat ərzində Böyük Britaniya, Bolqarıstan və Ukraynadan çoxlu zənglər daxil olub və söhbət onların İrana qarşı müharibədə iştirak etməyəcəklərindən gedirdi”.
Baqai həmçinin bəyan edib ki, Hörmüz boğazı heç bir halda müharibədən əvvəlki vəziyyətinə qaytarılmayacaq:
“İran və Oman yeni təhlükəsiz dəniz marşrutu ilə bağlı danışıqlar aparır və bu proses aprelin 8-də atəşkəs elan olunduqdan dərhal sonra başlayıb. Razılaşdırılmış marşrut hər iki ölkənin qarşılıqlı razılığı ilə müəyyən ediləcək yeni bir koridor olacaq. Biz Hörmüz boğazının təcavüzkar tərəflər tərəfindən bizə qarşı istifadə olunmayacağına əmin olmalıyıq. Bunun üçün İranın suveren hüquqlarını tam təmin edəcək mexanizm qəbul edilməlidir”.
Diplomat onu da bildirib ki, İran Pakistan və Türkiyə ilə də danışıqlar apararaq İslam Respublikasına qarşı istənilən düşmənçilik əməlinin fəsadları barədə onlara xəbərdarlıq edib. Bəqai ABŞ rəsmilərinin hədə və təhdidlərinin yeni bir şey olmadığını, İranın öz milli maraqlarından çıxış etdiyini və Vaşinqtonun təzyiqləri altında mövqeyini dəyişməyəcəyini vurğulayıb.
- Bu yerlərdə mənzillərin kvadratı 7 min oldu - Video
- SSRİ bayrağına görə həbs olunanlardan biri Elçin Bayramlı imiş...
- Səmada iki günəş göründü - Foto
- Bu 3 ölkə İrana qarşı döyüşməkdən imtina etdi - XİN rəsmisi açıqladı
- Başına 5 milyon dollar qoyulan “Ponço” belə həbs edildi - Video
- Ombudsmandan beynəlxalq təşkilatlara çağırış...
- SSRİ bayrağına görə həbs olunanlardan biri Elçin Bayramlı imiş - Foto
- “Güllü”nün qızına ömürlük həbs tələbi - Anasını balkondan o atıbmış...