Gürcüstandan Azərbaycana qayıtmaq istəyən bəzi vətəndaşlar problemlə üzləşib.
BUTA.TV xəbər verir ki, bu barədə şikayət Bakı.vs-in qaynar xəttinə daxil olub.
Vətəndaş bildirib ki, özü və ailəsi ilə yanaşı, yüzlərlə azərbaycanlı Gürcüstandan Bakıya qayıtmaqda çətinlik yaşayır.
Onun sözlərinə görə, qatar biletləri tükənib. Bu səbəbdən onlar Azərbaycanın Gürcüstandakı səfirliyinə də müraciət ediblər.
Azərbaycan Dəmir Yollarından bildirilib ki, yüksək tələbat səbəbindən Gürcüstandan Azərbaycan istiqamətində sentyabrın 17-dək bütün qatar biletləri satılıb.
ADY sərnişinlərə səfərlərini əvvəlcədən planlaşdırmağı və biletlərini öncədən almağı tövsiyə edib.
- AZCON-a yeni səlahiyyət verildi
- Prezident Bəxtiyar Aslanbəylini təltif etdi
- Prezident fərman imzaladı
- 2800-dən çox imtiyazlı şəxs müalicə mərkəzlərinə yola salındı
- Jurnalistin dənizdə batan qardaşı tələbə imiş - Foto
- Nigar Fərhadın həbs olunan əri kimdir, nə işlə məşğuldur?
- Ermənistana 14 vaqon buğda göndərildi
- Bakıda ofisdən meyit tapıldı