Gürcüstan Gəlirlər Xidməti Azərbaycan qeydiyyatlı yük avtomobillərinin sürücülərinin gömrük-keçid məntəqələrində saxlanılması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
BUTA.TV Report-a istinadla xəbər verir ki, qurumdan verilən açıqlamada məsələ ilə bağlı araşdırmanın aparıldığı qeyd olunub.
"Bütün sərhəd-keçid məntəqələri istiqamətində yüklərin hərəkəti maneəsiz həyata keçirilir və qeyd olunan məsələ araşdırılır", - deyə Gəlirlər Xidmətinin açıqlamasında bildirilir.
Qeyd edək ki, Gürcüstan ərazisindən tranzit keçən bir qrup azərbaycanlı yük maşını (TIR) sürücüsü günlərlə gömrük məntəqələrində saxlanıldıqlarını, saxlanılmalarının səbəbi barədə isə onlara hər hansı rəsmi izahat verilmədiyini bildiriblər.
Restoranın qarşısında kütləvi dava - Bir nəfər öldü, üçü yaralandı-Yenilənib
- Bakıda 6 marşrutun hərəkəti sxemi dəyişdirilir
- Aybəniz Xəlilovaya ağır cəza verildi
- Bənizə 10 il 3 ay həbs cəzası verildi
- DİM-dən taksi sürücülərinin imtahanı ilə bağlı məlumat
- Bərdədə açıq sahədə yanğın - Video
- Zərdabda maşın dirəyə çırpıldı: ölən var - Foto
- Azərbaycanlı sürücülərin gömrükdə saxlanılmasına rəsmi reaksiya
- Kanalda batan yeniyetmənin meyiti tapıldı