Azərbaycan Respublikası Media və Yayım Şurasının strukturu formalaşdırılıb.
“BUTA.TV” xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Fərman imzalayıb.
Fərmana əsasən, Media və Yayım Şurası Audiovizual Şuranın hüquqi varisidir, onun hüquq və öhdəlikləri, habelə əmlakı Şuraya keçir.
Media və Yayım Şurasının işçilərinin say həddi 108 ştat vahididir.
Fərmanla “Azərbaycan Respublikası Media və Yayım Şurasının strukturu” təsdiq edilib.
“Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs ləğv edilib və onun hüquq və öhdəlikləri, habelə əmlakı Azərbaycan Respublikası Media və Yayım Şurasına verilib.
Nazirlər Kabineti bir ay müddətində Azərbaycan Respublikası Audiovizual Şurasının və “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxsin balansında olan dövlət əmlakının Şuranın balansına verilməsini təmin etməli, cari ildə dövlət büdcəsində Azərbaycan Respublikası Audiovizual Şurası və “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs üçün nəzərdə tutulmuş vəsaitlər dairəsində Şuranın fəaliyyətinin maliyyələşdirilməsinə dair məsələləri həll etməli, Şuranın inzibati bina ilə təmin edilməsi ilə bağlı tədbirlər görməlidir. Eyni zamanda Nazirlər Kabineti Şuranın işçilərinin Azərbaycan Respublikası Audiovizual Şurası və “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxsin işçiləri hesabına komplektləşdirilməsinin təmin edilməsi ilə əlaqədar tədbirlər görməlidir.
- Tiktoker Melisa hava limanında saxlanıldı
- Bu 3 ölkədən birinə hücum hamısına edilmiş sayılacaq - Tarixi saziş - Yenilənib
- Daha bir qadın estetik əməliyyatdan sonra öldü
- Gəncədə 20 Yanvar abidəsi zibilliyə dönüb - Video
- Fermada bibisini ov tüfəngi ilə öldürdü
- Prezident Zeynal Nağdəliyevin oğluna yüksək vəzifə verdi
- Arzumun məhkəməsi qeyri-müəyyən vaxta təxirə salındı
- Samir Şərifov sədr təyin edildi - Sərəncam