Bakıda və Abşeron yarımadasında avqustun 8-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
BUTA.TV xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, havanın temperaturu gecə 22-25° isti, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-55 % olacaq. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 22-27° isti, gündüz 34-39° isti, dağlarda gecə 14-19° isti, gündüz 23-28° isti olacaq.
- Tiktoker Melisa hava limanında saxlanıldı
- Bu 3 ölkədən birinə hücum hamısına edilmiş sayılacaq - Tarixi saziş - Yenilənib
- Daha bir qadın estetik əməliyyatdan sonra öldü
- Gəncədə 20 Yanvar abidəsi zibilliyə dönüb - Video
- Fermada bibisini ov tüfəngi ilə öldürdü
- Prezident Zeynal Nağdəliyevin oğluna yüksək vəzifə verdi
- Arzumun məhkəməsi qeyri-müəyyən vaxta təxirə salındı
- Samir Şərifov sədr təyin edildi - Sərəncam