Rusiya ilə diplomatik münasibətlər bərpa edilə bilməz

18:06 - 11 Avqust 2026 - SİYASƏT

 Rusiya ilə diplomatik münasibətlər bərpa edilə bilməz

Rusiya tərəfindən Gürcüstan ərazilərinin “müstəqillik”lərinin tanınması faktı olduğu müddətcə diplomatik münasibətlər bərpa edilə bilməz.

BUTA.TV APA-ya istinadla xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Gürcüstanın məqsədi Rusiya ilə münaqişənin sülh yolu ilə həllinə nail olmaqdır.

“Ümid edirik ki, bu, siyasi dəyişikliklər nəticəsində mümkün olacaq. Münaqişənin sülh yolu ilə həlli xarici siyasət prioritetlərimizdən biridir", - Kobaxidze əlavə edib.

Qeyd edək ki, 2008-ci ilin avqust müharibəsi nəticəsində Rusiyanın Gürcüstanın Abxaziya və Cənubi Osetiya bölgələrinin “müstəqillik”lərini tanımasından sonra Tiflis Moskva ilə 1992-ci ildə əsası qoyulmuş diplomatik münasibətləri həmin ilin sentyabrın 2-də dayandırıb.

Xatırladaq ki, Rusiyanın Xarici İşlər Nazirliyi Gürcüstanla diplomatik münasibətləri bərpa etməyə hazırlığını dəfələrlə bəyan edib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol