Yevlax xəstəxanasının baş həkimi işdən çıxarıldı

11:09 - 19 Avqust 2026 - GÜNDƏM

 Yevlax xəstəxanasının baş həkimi işdən çıxarıldı

“Ağciyər Xəstəlikləri Mərkəzi” PHŞ-nin Yevlax Regional Xəstəxanasının idarəetmə aparatının rəhbəri – baş həkim Mirrəhim Nəbiyev tutduğu vəzifədən azad edilib.

BUTA.TV Bakıvaxtı.az-a istinadla xəbər verir ki, müvafiq əmrlə Mirrəhim Nəbiyevin Yevlax Regional Xəstəxanasının idarəetmə aparatının rəhbəri – baş həkim vəzifəsində fəaliyyətinə xitam verilib.

Hazırda xəstəxananın rəhbərliyinin kimə həvalə olunacağı barədə məlumat yoxdur.

Qeyd edək ki, Mirrəhim Nəbiyevin vəzifədən azad edilməsinin səbəbi ilə bağlı rəsmi açıqlama verilməyib.

Bu xəbər hal-hazırda çox oxunur
Mustafa Abbasbəyli vəzifəsindən azad olundu

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol