Azərbaycan məktəbliləri bürünc medal qazandı

15:51 - 19 Avqust 2026 - GÜNDƏM

 Azərbaycan məktəbliləri bürünc medal qazandı

Azərbaycan komandası Beynəlxalq İnformatika Olimpiadasında 3 bürünc medal qazanıb.

9-16 avqust tarixlərində Özbəkistanın Daşkənd şəhərində keçirilən Beynəlxalq İnformatika Olimpiadasında (IOI-2026) Azərbaycanı təmsil edən məktəblilər uğurla çıxış ediblər.

Olimpiadaya qatılmış 157 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Həsən Vəliyev, Fizika-Riyaziyyat və İnformatika Təmayüllü liseyin 10-cu sinif şagirdi Əkbər Əhmədov, həmçinin Bakı Türk Anadolu liseyinin 11-ci sinif şagirdi Əhməd Qəmbərli bürünc medala layiq görülüblər.

Qeyd edək ki, Azercell, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və Təhsil İnstitutu arasında informatika üzrə milli yığmanın hazırlanması istiqamətində əməkdaşlıq 2017-ci ildən həyata keçirilir. Bu əməkdaşlıq çərçivəsində şagirdlər üçün əlavə hazırlıq dərsləri təşkil olunur, beynəlxalq olimpiadalara sistemli hazırlıq prosesi dəstəklənir, eləcə də gənclərin proqramlaşdırma və İT sahəsində bilik və bacarıqlarının inkişafına töhfə verilir.

Bu xəbər hal-hazırda çox oxunur
Mustafa Abbasbəyli vəzifəsindən azad olundu

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol