Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsində aparılan qazıntı işləri sakinlərin və sürücülərin narazılığına səbəb olub.
Bu barədə BUTA.TV-a şəhər sakinləri şikayət ünvanlayıb.
“Küçədə bir neçə gündür qazıntı işləri aparılırdı. Lakin işlər başa çatdıqdan sonra yolun qazılan hissəsi təmir olunmayıb. Bu isə avtomobillərin hərəkətinə maneə yaradır və yolda çətinliklərə səbəb olur”, - şikayətdə bildirilib.
Məlum olub ki, qazıntı işləri Azəristiliktəchizat ASC tərəfindən aparılır.
Qurumun mətbuat katibi Elvin Basqallı saytımıza açıqlamasında sözügedən yolda kipləşdirmə işlərinin davam etdirildiyini deyib:
“Yolun tam bərkiməsi üçün 2-3 gün vaxt tələb olunur. Bundan sonra əraziyə asfalt örtüyü çəkiləcək. Hazırda gözləmə müddəti texniki normativlərin tələblərinə uyğun olaraq həyata keçirilir ki, torpaq qatı tam otursun”.
Qeyd edək ki, 3 avqustda ərazidə magistral istilik xəttində təmir-bərpa işlərinə başlanılmışdı. Təmir işlərinin avqustun 15-dək davam etdirilməsi nəzərdə tutulurdu.
- Nəsimidə su xəttində qəza: küçələri su basdı - Video
- Kiberdələduzluq hallarına qarşı diqqətli olun!
- Lənkəranda toyuq kəsimi müəssisəsi bağlandı - Foto
- Bakıya gələnlərə bağlamalar payladılar - Qəbul edən şəxs saxlanıldı
- “Nar” inklüziv məşğulluğun təşviqinə töhfə verir - Video
- Güclü külək əsəcək - Xəbərdarlıq
- Bakıda su qəzası 25 dəqiqə ərzində aradan qaldırıldı - Video
- Xırdalan və Sumqayıtda yeni mənzillərin satışı başladı