Sülhün qarşısında yeganə maneə odur - Sibiqa

00:00 - 23 Avqust 2026 - GÜNDƏM

 Sülhün qarşısında yeganə maneə odur - Sibiqa

ABŞ-ın Ukrayna ilə Rusiya arasında danışıqlar prosesində daha fəal iştirak etməsi vacibdir.

BUTA.TV xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Andrey Sibiqa deyib.

Onun sözlərinə görə, ABŞ-ın iştirakı olmadan müharibənin dayandırılması istiqamətində irəliləyişə və ədalətli nəticəyə nail olmaq real deyil:

“Kiyevin danışıqlar prosesini sürətləndirmək üçün müxtəlif, o cümlədən kreativ ideyaları var və Ukrayna ABŞ-ın danışıqlar qrupunun səfərini gözləyir. Fasilə olmamalıdır. Yeni fəal siyasi-diplomatik mərhələ ilk növbədə müharibəni necə başa çatdıracağımıza yönəlməlidir. Bunun qarşısında isə bir və demək olar ki, yeganə maneə var – Putin. Dmitri Donskoyun skeletini və ya qalıqlarını tapıblar və o, onların qəhrəmanlarından biridir və indi onu cəbhəyə aparmaq istəyirlər. Sülhün qarşısındakı yeganə maneənin Putin olduğunu nəzərə alsaq, yaxşı olardı ki, o, həmin skeletlə yerini dəyişsin. O zaman biz bu müharibənin başa çatmasını həqiqətən sürətləndirərdik”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol