Türkiyə Milli İstehbarat Təşkilatının (MİT) Xarici Əməliyyatlar İdarəsinin keçmiş rəhbəri Kaşif Kozinoğlunun ölümü ilə bağlı cinayət işi 15 il sonra yenidən açılır.
BUTA.TV xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Bildirilib ki, Kozinoğlunun ölümü ilə bağlı iş yenidən qiymətləndirilməsi üçün Ədliyyə Nazirliyinin Cinayət İşləri Baş İdarəsinin Həll Olunmamış İşlər şöbəsinə göndərilib.
Xatırladaq ki, Kozinoğlu FETÖ-cu sabiq prokuror Zəkəriyyə Öz tərəfindən aparılan istintaq çərçivəsində həbs edilmiş, bir müddət sonra, 2011-ci ilin 12 noyabr tarixində Silivri həbsxanasında vəfat etmişdi. Həmin vaxt istintaq onun ölümünün təbii səbəblərdən qaynaqlandığı qənaətinə gəlmişdi.
- Rusiya ordusu daha 3 kəndi işğal etdi
- ABŞ enerji bazalarını manipulyasiya edir - Arakçı
- Ukrayna səfiri Türkiyə XİN-ə çağırıldı: Kiyevə xəbərdarlıq...
- 2400 il əvvəl batan gəmi daşıdığı yüklə birgə tapıldı
- İsrail dərindən düşünməlidir, Türkiyənin müharibə tərzi... - Kohen
- 1648-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi
- Muğlada başlayan meşə yanğını Antalyaya keçdi
- Kozinoğlunun ölümü ilə bağlı iş yenidən açılır: FETÖ sui-qəsdi?