Azərbaycanlı müğənni qəzaya düşdü

20:18 - 4 Sentyabr 2026 - GÜNDƏM

 Azərbaycanlı müğənni qəzaya düşdü

Rusiyada populyarlıq qazanan azərbaycanlı müğənni Sabi (Səbinə Məmmədova) avtomobil qəzasına düşüb.

BUTA.TV Sfera.az-a istinadən xəbər verir ki, “Bazovıy minimum” mahnısı ilə tanınan ifaçının avtomobili elektrik skuteri sürən qızla toqquşub.

Qəzanın ehtimal olunan günahkarı olan skuter sürücüsü avtomobilə dəyən zərərin təmir xərclərindən narahat olaraq ağlamağa başlayıb.

Sabi isə onu sakitləşdirərək avtomobilin təmir xərcini özünün ödəyəcəyini bildirib. Hadisənin görüntüləri sosial şəbəkələrdə yayılıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol