Hollivud ulduzu Nina Dobrev 83-cü Venesiya Beynəlxalq Film Festivalının açılışında qırmızı xalçada gözlənilməz hadisə ilə qarşılaşıb.
“BUTA.TV” xəbər verir ki, “Vampir gündəlikləri” serialında “Yelena Gilbert” obrazı ilə dünya şöhrəti qazanan 37 yaşlı aktrisa Denni Boylun yeni filmi “Mürəkkəb”in premyerasında iştirak edib.
Dobrev qırmızı xalçada qara, parlaq libasla fotoqraflar üçün poza verərkən təhlükəsizlik əməkdaşı ona yaxınlaşaraq, aktrisanı fotosessiya etdiyi ərazidən uzaqlaşdırmağa çalışıb.
Təhlükəsizlik əməkdaşının müdaxiləsi qarşısında Dobrevin təəccübləndiyi və bir müddət nə edəcəyini anlamadığı kadrlarda aydın şəkildə görünüb. Daha sonra başqa bir festival rəsmisi aktrisaya irəliləməli olduğunu bildirib. Bundan sonra Dobrev qırmızı xalçanı tərk edib.
Hadisə sosial şəbəkələrdə də müzakirələrə səbəb olub. Bəzi istifadəçilər təhlükəsizlik əməkdaşının sadəcə festival qaydalarını tətbiq etdiyini bildiriblər.
Venesiya Film Festivalında qırmızı xalçada uzun müddət poza verməyə icazə verilmir. Foto çəkilişləri üçün xüsusi yerlər ayrılır, festival əməkdaşları isə iştirakçıların növbə üzrə hərəkət etməsini təmin edirlər.
- Rusiya Ukraynada zavodu vurdu: ölənlər var
- Hərbi obyektdə partlayış: 2 ölü, 59 yaralı - Video
- Şahbuzdakı ağır qəzada ölənlərin - Fotoları
- Ərdoğan 12 ölkəyə yeni səfir təyin etdi
- İstanbulda oteldə yanğın: xəsarət alanlar var
- Harada təhlükə aşkar etsək, əməliyyatlar keçirəcəyik - İran
- Qisasını qardaşı arvadının maşınından aldı - Bakıda qəribə ailə münaqişəsi
- Ukraynanın bir nömrəli vəzifəsi budur - Drapatı