Ukraynanı çətin qış gözləyir: 32 milyard dollar çatışmır!

08:30 - 5 Sentyabr 2026 - GÜNDƏM

 Ukraynanı çətin qış gözləyir: 32 milyard dollar çatışmır!

Ukrayna Rusiya hücumlarının kəskin artması fonunda çətin qışa hazırlaşır və 32,6 milyard dollarlıq maliyyə çatışmazlığı ilə üzləşir.

BUTA.TV xəbər verir ki, bunu Ukrayna maliyyə naziri Sergey Marçenko “Avronyus”a verdiyi müsahibədə deyib.

O bildirib ki, müttəfiqlərinin əlavə köməyi olmadan Kiyev bəzi qeyri-hərbi xərcləri təxirə salmaq məcburiyyətində qala bilər.

Nazirin sözlərinə görə, Ukrayna 2022-ci ildə Rusiyanın tammiqyaslı işğalının başlanğıcından bəri belə ağır büdcə vəziyyəti ilə üzləşməyib. Hərbi xərclər və silah tədarükü prioritet olduğundan, həll yolu tapılmadığı təqdirdə, digər sahələr zərər çəkə və ödənişlər təxirə salına bilər:

Bu xəbər hal-hazırda çox oxunur
Zaxarovadan Paşinyana: Siz kişisiniz, yoxsa qadın?

"Biz artıq likvidlik problemlərini görürük və büdcə kəsirini gözləyirik. Bu o deməkdir ki, likvidliyin olmaması səbəbindən müharibə ilə əlaqəli olmayan bəzi ödənişləri təxirə salmalı ola bilərik. Bunun nəticələri olacaq".


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol