Türkiyə Milli İstehbarat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalının bir müddət əvvəl Afinda Yunanstan Milli Kəşfiyyat Xidmətinin rəhbəri Themistoklis Demiris ilə görüşünün bəzi detalları bəlli olub.
BUTA.TV xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Bildirilib ki, tərəflər Türkiyə-Yunanıstan münasibətləri və regional məsələlərlə yanaşı, Egey və Aralıq dənizinin qərbi, NATO təhlükəsizliyi, kəşfiyyat əməkdaşlığı, terrorizm və mütəşəkkil cinayətkarlığa qarşı mübarizə, qanunsuz miqrasiya və insan alveri kimi mövzuları da müzakirə ediblər.
Həmçinin hər iki ölkə rəsmisi kəşfiyyat xidmətləri arasında əməkdaşlığı daha da gücləndirmək barədə razılığa gəliblər.
Qeyd edək ki, türkiyəli jurnalist Yəhya Bostan Kalının Afinaya səfərinin əsas səbəbinin Yunanıstanın İsraillə əldə etdiyi son razılaşma ilə bağlı olduğunu iddia edib. O bildirib ki, Yunanıstanın İsrail vasitəsilə bölgədə yeni təhlükəsizlik xətti yaratmaq səyləri Ankara tərəfindən səhv addım hesab edilir.
Xatırladaq ki, bir müddət əvvəl İsrail və Yunanıstan təxminən 3 milyard avro dəyərində genişmiqyaslı müdafiə müqaviləsi imzalayıblar.
- Solomon adalarında güclü zəlzələ oldu
- Biz buna hazırıq - Zelenski
- Turizm səfərləri təşkil etmək adı ilə vətəndaşları aldadan şəxs - Həbs edildi
- Yəmən ordusu bir sıra strateji yüksəklikləri husilərdən geri aldı
- 1655-cü gün: Rusiya Ukraynanın itkilərini yenilədi
- Partiyasının adını unutdu - Video
- Tokayev vitse-prezidentin səlahiyyətlərini təsdiq etdi
- Yunanıstanda qırıcı qəzaya uğradı – Anbaan video