CHP-dən ayrılaraq “Yeni Partiya”nı quran Özgür Özəl Ədirnədə qatıldığı bir tədbirdə qalmaqallı bir səhvə yol verib.
BUTA.TV Türkiyə mediasına istinadla xəbər verir ki, partiyasının üzvlərinin sayının artmasını vurğulayan Özəl çıxışı zamanı öz partiyasının adını unudub.
Sədrin "Yeni Partiya" əvəzinə İYİ Partiya deməsi maraqla qarşılanıb:
“Əldəki imkanlarla partiya üzvlərinin sayı 1 milyona doğru irəliləyir. Milyonlarla üzvə sahib olmaq həm İYİ Partiyanı (burada “Yeni Partiya” deməli idi – red), həm də Türkiyəni gücləndirəcək”.
Ətrafdakı insanların müdaxiləsindən sonra Özəl səhvini düzəldib.
- Vuçiç istefa verir, seçkiyə girir - Baş nazir olacaq?
- İranda yanacaq tankeri partladı: ölənlər var
- Ermənistanın daha bir inqilaba ehtiyacı var
- Uitkoff və Kuşner Putinlə görüş üçün Kremldə
- 286 gün sonra gəmidən düşüb pedikürə getdilər
- Məşhur aktyor evində ölü tapıldı
- Solomon adalarında güclü zəlzələ oldu
- Biz buna hazırıq - Zelenski