Rusiyanı diz çökdürmək strategiyası iflasa uğrayıb, Qərb isə bu səhvi etiraf etməkdən imtina edir və müharibə ocağını daha da alovlandırmağa davam edir.
BUTA.TV xəbər verir ki, bunu Slovakiyanın Baş naziri Robert Fitso deyib.
“Əgər Qərbdəki böyük dövlətlər 2022-ci ilin aprelində Ukraynaya Rusiya ilə hazırlanmış sazişi imzalamağı qadağan etməsəydilər, müharibə çoxdan başa çatmışdı. Onlar sadəlövhcəsinə inanırdılar ki, Ukrayna və ona göstərilən tam siyasi, hərbi və maliyyə dəstəyi vasitəsilə nifrət etdikləri Rusiyanı diz çökdürəcəklər. Bu strategiya tamamilə iflasa uğradı”, – deyə baş nazir bildirib.
Fitso qeyd edib ki, hazırda yaranmış vəziyyət daha təhlükəli xarakter alıb:
“Sonrakı hərbiləşmə, gərginliyin artması və dünya münaqişəsinin yaranma ehtimalı öz ölkələrində iqtisadiyyatın zəifləməsinə və uğursuz miqrasiya siyasətinin nəticələrinə adekvat reaksiya verə bilməyən bir çox siyasətçi üçün siyasi mövcudluqlarını qorumaq vasitəsinə çevrilə bilər”.
- Niyə mənim uşaqlarım Şuşanın daşına yazmaz?
- Bu hücumlara görə NATO ölkələrini dəstəkləyəcəyik - ABŞ
- 1656-cı gün: Rusiyanın itkiləri yeniləndi
- Yağış, sel, güclü külək... - FHN-dən müraciət
- “Kiyev üç günə” ssenarisi olmayacaq, amma... - Brovdi
- Avropa Rusiya ilə müharibəyə tab gətirə bilməyəcək
- Bu strategiya iflasa uğradı, Avropa etiraf etmir - Fitso
- Deputatdan xəbərdarlıq: Kiyevi tərk edin, hazır olun!