Bu hücumlara görə NATO ölkələrini dəstəkləyəcəyik - ABŞ

10:30 - 6 Sentyabr 2026 - GÜNDƏM

 Bu hücumlara görə NATO ölkələrini dəstəkləyəcəyik - ABŞ

NATO ölkələri hibrid müharibə çərçivəsində həyata keçirilən qəsdən təxribat xarakterli hərəkətlərə dözməməlidir. ABŞ isə Alyansın belə insidentlərlə üzləşən ölkələrini dəstəkləyəcək.

BUTA.TV xəbər verir ki, bunu ABŞ-ın NATO-dakı səfiri Metyu Uitaker “Röyters”ə açıqlamasında bildirib.

Uitakerin sözlərinə görə, ötən ay Almaniyanın Leypsiq şəhərindəki hava limanına dronla hücum cəhdi son dövrlərdə NATO ölkələrinin Rusiya dronları ilə bağlı yaşadığı digər insidentlərdən daha ciddi narahatlıq doğurur. Berlin bu hadisəyə görə Rusiyanı məsuliyyət daşımaqda ittiham edib.

“Bundan başqa, daha narahatedici hesab etdiyim hibrid fəaliyyətlər də var. Leypsiqdə və Polşada gördüyümüz hadisələri buna misal göstərmək olar“, – Uitaker vurğulayıb.

O qeyd edib ki, NATO ölkələri belə insidentlərə qarşı hazırlıqlı və ayıq olmalı, eyni zamanda baş verənlərə münasibətdə aydın mesaj verməlidirlər:

“Əgər bunu kimin etdiyini müəyyən edə bilsək – Almaniyanın etdiyi kimi – bunun qəbuledilməz olduğunu və belə hallara dözməyəcəyimizi açıq şəkildə bildirəcəyik“.

Uitakerin sözlərinə görə, kritik infrastruktur, xüsusilə də enerji obyektləri potensial hücumların hədəfinə çevrilə bilər. Buna görə də belə obyektlərin təhlükəsizliyi milli dövlət qurumlarının diqqət mərkəzində olmalıdır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol