Şimali Kiprin Girnə şəhəri sahillərində batan sərnişin gəmisində ölənlərin sayı 13-ə çatıb.
BUTA.TV xəbər verir ki, bu barədə Şimali Kiprin Baş naziri Ünal Üstel X hesabında paylaşım edib.
Onun sözlərinə görə, daha bir nəfərin cəsədi tapılıb, beləliklə, ölənlərin sayı 13-ə yüksəlib, 15 nəfər isə itkin düşmüş hesab olunur.
Baş nazir axtarış-xilasetmə işlərinə özəl şirkətlərin cəlb ediləcəyini, həmçinin Türkiyə ilə məsləhətləşmələrin aparılacağını deyib.
Qeyd edək ki, avqustun 30-da Şimali Kiprin Girne sahillərində gəmi qəzaya uğrayıb.
- İsveç bu 18 yaşlı azərbaycanlıdan danışır
- İsrail ordusu qəfil təlimlərə başladı
- Hörmüzdən gündəlik neft daşımaları 9 milyon bareli ötdü
- Londonda Xameneiyə məxsus lüks mənzillər satışa çıxarıldı
- Kəmaləddin Heydərov onları vəzifəyə təyin etdi - Fotolar
- Türkiyənin kurort zonasında meşə yanğını oldu
- Uitkoff və Kuşner avropalılarla da görüşəcək - Zelenski
- Ukrayna Rostovda hərbi aerodromu vurdu