Ərini öldürüb basdırdığı yerdə güllər əkmişdi - 12 il həbs verildi

14:51 - 11 Sentyabr 2026 - GÜNDƏM

 Ərini öldürüb basdırdığı yerdə güllər əkmişdi - 12 il həbs verildi

Ərini öldürməkdə ittiham olunan Elmira Əliyevanın məhkəmə prosesi başa çatıb.

BUTA.TV”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən son iclasda hökm oxunub.

Səbinə Məmmədzadənin sədrlik etdiyi məhkəmə kollegiyası qənaətə gəlib ki, xanım müttəhimə verilmiş ittiham təsdiqini tapıb.

Hökmə əsasən, E. Əliyevaya 12 il azadlıqdan məhrumetmə cəzası verilib.

Qeyd edək ki, hadisə 2024-cü ildə baş verib. Elmira əri Samiri öldürüb meyiti həyətdə basdırdıqdan sonra üzərinə gül əkib. Polis itkin düşdüyü bildirilən Samirin öz həyat yoldaşı tərəfindən qətlə yetirildiyini aşkarlayıb.

Sail Ağasəlim


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol