“Baxırsan yaxşı müəllimdir, amma qıza deyir “niyə oxuyursan, ərə get”

16:50 - 11 Sentyabr 2026 - GÜNDƏM

 “Baxırsan yaxşı müəllimdir, amma qıza deyir “niyə oxuyursan, ərə get”

“Müəllimlər çox zaman uşaqlara düzgün təsir göstərmirlər”.

BUTA.TV” xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova bu gün keçirilən komitə iclasında bildirib.

“Baxırsan hansısa fənni yaxşı tədris edən müəllimdir, amma qıza deyir ki, “niyə oxuyursan, ərə get”. Düşüncələri gənc olan uşaqlara belə təsir edən insanlar var. Bu gün təhsildə çox güclü islahatlar gedir, amma bir müəllimin psixoloji cəhətdən auditoriyaya müsbət təsiri ola bilərmi, biz onu yoxlaya bilmirik”, - komitə sədri qeyd edib.

Nuranə Daxilqızı


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol