İşğaldan azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndəliklərinin yaradılması sadəcə idarəçilik islahatı deyildi. Bu addım illərdir yerli icra hakimiyyətlərində kök salmış korrupsiya mexanizmlərini, özbaşınalığı və büdcə talanını dayandırmaq, şəffaflığı bərpa etmək məqsədi daşıyırdı. Dövlət başçısının əsas hədəfi şəhid qanı ilə azad olunan torpaqlarda hər qəpiyin yerinə xərclənməsini təmin etmək idi. Lakin Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Leysan Məmmədovun fəaliyyəti bu ali məqsədlərə kölgə salan faktlarla gündəmə gəlib.
Əsas ittihamlar ümumi dəyəri 25 milyon manatı ötən üç iri müqavilənin “Platin” MMC-yə həvalə edilməsi ilə bağlıdır. Ortada 25 milyon manatlıq üç nəhəng müqavilə və bu pulların idarə olunduğu maraqlı şəbəkə var. Tenderin qalibi “Platin” MMC adlı şirkətdir. Maraqlıdır ki, bu şirkətin rəsmi rəhbəri İsfəndiyar Məmmədov olsa da, iplərin qurum rəhbəri Leysan Məmmədovun oğlu Elnur Məmmədovun əlində olduğu deyilir. Yəni hər şey “ailə daxilində” həll edilir.
Sxemin ən heyrətamiz hissəsi isə evlərin kateqoriyalara bölünməsi zamanı üzə çıxır. Yüngül kosmetik təmirə ehtiyacı olan A kateqoriyalı evlərin kvadratmetri üçün ilkin olaraq 150 manat nəzərdə tutulduğu halda, sənədlərdə bu rəqəm 350 manata qaldırılıb. Hər kvadratmetrdə yaranan 200 manatlıq “süni fərq” dövlət büdcəsinə 14 milyon manatdan çox ziyan vurulması deməkdir.
Silsilənin hələlik son bəndi olan Xocalının Təzəbinə kəndində 152 evin təmirinə ayrılan vəsait və layihənin podratçısı kimi “Platin-M” MMC görünür. Açıq mənbələrdə yayılan məlumata görə, kənddə 152 fərdi yaşayış evinin cari təmiri üçün “Platin-M” MMC ilə 8 milyon 783 min 933 manat məbləğində satınalma müqaviləsi imzalanıb. Müqavilə məbləğinin 152 ev arasında sadə bölünməsi zamanı bir evə orta hesabla təxminən 57,8 min manat düşür.
Bu hesablamanın yalnız orta göstərici olduğunu xüsusi qeyd etmək lazımdır. Faktiki xərcə görüləcək işlərin həcmi, materiallar, kommunikasiya və digər xidmətlər daxil ola bilər. Buna görə də yalnız bu rəqəm əsasında layihənin səmərəliliyi barədə nəticə çıxarmaq düzgün olmaz.
“Koroğlu”da yeni nişan quraşdırıldı - 100 manat+2 bal cərimələnə bilərsiniz-Yenilənib
“Platin-M” MMC-nin 2014-cü ildə dövlət qeydiyyatına alındığı və nizamnamə kapitalının 100 manat olması da diqqət çəkir. Lakin nizamnamə kapitalı şirkətin ümumi maliyyə imkanlarını və ya real dövriyyəsini əks etdirən yeganə göstərici deyil.
Bu baxımdan şirkətin layihəyə cəlb olunması qiymətləndirilərkən onun maliyyə göstəriciləri ilə yanaşı, təcrübəsi, texniki imkanları, işçi resursları və əvvəlki layihələri də nəzərə alınmalıdır.
MMC-nin qanuni təmsilçisi İsfəndiyar Məmmədovun əvvəlki fəaliyyəti ilə bağlı bəzi məlumatlar da əldə etmişik. Onun vaxtilə xüsusi xidmət orqanlarında çalışdığı, eləcə də
ləğv edilən Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Beynəlxalq Hava Limanı İdarəsinin sabiq rəisi Pərviz Vəliyevin yaxın qohumu olduğu deyilir.
Məmmədovun Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Leysan Məmmədovlə da qohumluq əlaqəsinin olduğu, onun “ailə biznesi”ni idarəetdiyi də səsləndirilən idiialar arasındadır.
Görünən odur ki, Qarabağın qızıl dövrünə aparan yol “Platin-M”ə leysan olab axan pullardan keçir.
Unutmaq lazım deyil ki, Qarabağda aparılan bərpa işləri böyük ictimai əhəmiyyət daşıyır. Bu layihələr haqqında nə qədər çox açıq və yoxlanılmış məlumat olarsa, dövlət vəsaitinin istifadəsinə dair ictimai etimad da bir o qədər möhkəm olar.
Səsləndirilən fikirlərlğ bağlı, qarşı tərəfin mövqeyini dərc edə bilərik.
- Giorgi Baramidze saxlanıldı
- Ata süni intellekt şirkəti qurur, övladı “dur” deyir - Video
- Husilər Qırmızı dəniz sahillərini tam nəzarətə götürdü
- Türkiyədə hərbi maşın aşdı: ölən və yaralananlar var
- Bərə qəzasına görə 3 azərbaycanlının həbs müddəti uzadıldı
- Rusiya danışıqlar üçün şərt qoymur - Peskov
- Norveç şahzadəsi 94 yaşında vəfat etdi
- Özbəkistanda polislər turistlərin mühafizəçisi olacaq