Şimali Kiprin Girne sahillərində 8 nəfərin ölümü ilə nəticələnən gəmi qəzası ilə bağlı başladılan istintaq çərçivəsində 3-ü Azərbaycan vətəndaşı olmaqla 9 nəfərin həbs müddəti daha 7 gün uzadılıb.
“BUTA.TV” xəbər verir ki, bu barədə “Report”a Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu məlumat verib.
Belə ki, gəminin batması nəticəsində 14 nəfərin itkin düşməsi ilə bağlı Şimali Kiprdə aparılan istintaq çərçivəsində növbəti məhkəmə iclası keçirilib.
Orxan Həsənoğlu bildirib ki, bu gün keçirilən məhkəmə iclasında gəmidə çalışan Azərbaycan vətəndaşı olan heyət üzvlərinə - Rəşad İbrahimov, Qədir Quliyev və Valeh Hümbətova qarşı ayrıca ittiham elan edilməyib.
“Koroğlu”da yeni nişan quraşdırıldı - 100 manat+2 bal cərimələnə bilərsiniz-Yenilənib
Hadisə ilə əlaqədar saxlanılan şəxslərlə bağlı “ehtiyatsızlıq və diqqətsizlik nəticəsində ölümə səbəb olma” ittihamı üzrə istintaq aparılır:
“Azərbaycan vətəndaşları şübhəli şəxs qismində deyil, baş vermiş faciənin ən yaxın şahidləri kimi dindirilməlidirlər. Onların gəminin idarə olunması, texniki vəziyyəti və səfərə yararlılığı ilə bağlı qərarların qəbul edilməsində əsas səlahiyyət sahibi olmadıqları nəzərə alınmalıdır”, – deyə Həsənoğlu bildirib.
Həsənoğlu bildirib ki, Azərbaycan vətəndaşı olan heyət üzvləri digər məsul şəxslərdən fərqli olaraq gəmini son mərhələdə tərk edib və sərnişinlərə kömək göstərmək üçün öz həyatlarını riskə atıblar.
“Onlar şübhəli şəxs qismində istintaqa cəlb edilməməlidirlər. Onlar baş vermiş faciənin ən yaxın şahidləri kimi dindirilməlidirlər. Hesab edirik ki, onların hadisə zamanı göstərdikləri davranış və sərnişinlərə kömək etmək cəhdləri istintaq zamanı hərtərəfli qiymətləndirilməlidir”, – deyə o vurğulayıb.
Sədr məlumat verib ki, polis istintaq qrupu hadisə baş verdiyi gündən bu günə qədər 300-ə yaxın izahat alıb.
Orxan Həsənoğlu Azərbaycan vətəndaşı olan heyət üzvlərinin hüquqlarının qorunması üçün bütün imkanlardan istifadə ediləcəyini bildirib.
- Belarus səfərbərliyə hazırlaşır: Kremldən reaksiya
- Rusiyanın Dneprə hücumu: 12 nəfər yaralandı
- Giorgi Baramidze saxlanıldı
- Ata süni intellekt şirkəti qurur, övladı “dur” deyir - Video
- Husilər Qırmızı dəniz sahillərini tam nəzarətə götürdü
- Türkiyədə hərbi maşın aşdı: ölən və yaralananlar var
- Bərə qəzasına görə 3 azərbaycanlının həbs müddəti uzadıldı
- Rusiya danışıqlar üçün şərt qoymur - Peskov