Rusiyanın Ukraynanın Dnepr şəhərinə hücumu nəticəsində 12 nəfər yaralanıb, yaşayış evlərinə və digər obyektlərə ziyan dəyib.
BUTA.TV xəbər verir ki, bu barədə Dnepropetrovsk vilayət hərbi administrasiyasının rəhbəri Aleksandr Qanja Teleqram kanalında məlumat yayıb.
Onun sözlərinə görə, hücum nəticəsində şəhərdə yanğın baş verib, özəl müəssisə və qarajlar zədələnib. Partlayış dalğası yaxınlıqdakı yaşayış binalarının pəncərələrini sındırıb.
Dnepr şəhərinin meri Boris Filatov isə hücum nəticəsində azı 9 yaşayış binasının zədələndiyini, təxminən 700 pəncərənin sındığını bildirib. Yaşayış binalarının həyətlərində avtomobillərin olduğu qarajlarda yanğınlar baş verib.
“Koroğlu”da yeni nişan quraşdırıldı - 100 manat+2 bal cərimələnə bilərsiniz-Yenilənib
Son məlumata görə, hücum nəticəsində 12 nəfər yaralanıb.
- Karapetyandan Paşinyana: Ruslar getsə, türklər gələcək!
- Yəmən də Muxaya zərbələr endirməyə başladı
- HƏMAS-ın iki komandiri öldürüldü
- Rusiyada qoruq ərazisi yanır: 10 hektara çatdı
- Səudiyyənin strateji neft kəməri vurulub? - Video
- Belarus səfərbərliyə hazırlaşır: Kremldən reaksiya
- Rusiyanın Dneprə hücumu: 12 nəfər yaralandı
- Giorgi Baramidze saxlanıldı