Pakistanın Ermənistana yeni təyin olunmuş səfiri Şövkət Əli Xan etimadnaməsini Prezident Vaaqn Xaçatryana təqdim edib.
BUTA.TV xəbər verir ki, Xaçatryan səfiri məsuliyyətli missiyasını başlaması münasibətilə təbrik edib, ona uğurlar arzulayıb.
Görüşdə qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi və yeni istiqamətlərin təşviqi imkanları müzakirə olunub.
Qeyd edək ki, Pakistan Ermənistanın Azərbaycana qarşı təcavüzünə görə bu ölkə ilə heç bir diplomatik münasibətlər qurmayıb. Yalnız Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdikdən və Ermənistanla sülh sazişi paraflandıqdan sonra, ötən il Pakistan da Ermənistanla siyasi əlaqələrin qurulması istiqamətində addım atıb.
“Heyif ki, mən öz fikrimi deyə bilmədim, buna imkan verilmədi” - Video
Şövkət Əli Xan Pakistanın Ermənistandakı ilk səfiridir.
- Rusiya ordusu Ukraynada daha bir kəndi ələ keçirdi
- Trampdan Səudiyyə Ərəbistanındakı vəziyyət barədə açıqlama
- Tatarıstanda təyyarə televiziya qülləsinə çırpıldı: ölənlər var
- Çilidə qocalar evində yanğın: ölənlər var
- Qohumların yanında arvadını boğdu, öldüyünü düşünüb - Polisə təslim oldu
- İrəvandan Kremlə hədə: Qaz qiyməti qalxsa, hərbi baza...
- Qardaş ölkə Ermənistana səfir göndərdi - İlk dəfə
- Putin Mayamiyə getsə, onunla görüşə bilərəm