Almaniyanın 35-dən çox şəhərində on minlərlə insan ifrat sağçılığa qarşı və demokratiyanın müdafiəsi tələbi ilə etiraz aksiyaları keçiriblər.
BUTA.TV xəbər verir ki, bu barədə “Tagesschau” agentliyi məlumat yayıb.
Məlumata görə, aksiyalar xüsusilə Saksoniya-Anhalt əyalətində keçirilmiş parlament seçkilərində “Almaniya üçün Alternativ” (AfD) partiyasının qələbəsindən sonra təşkil olunub.
Münhen, Hamburq, Berlin, Maqdeburq, Şverin, Drezden və Leypsiq də daxil olmaqla, bir sıra şəhərlərdə keçirilən aksiyalarda demokratik həmrəylik çağırışları səsləndirilib.
“Dedilər, 240 kiloya davamlıdır, ikisinin çəkisi o qədər olardı” - Coşqunun dayısı+Video
Berlin polisinin məlumatına görə, Berlindəki nümayişə təxminən 13 min nəfər qatılıb. Münhendə iştirakçıların sayı 12 min, Düsseldorfda isə 20 min nəfər olub. Hamburqda təşkilatçılar aksiyaya təxminən 20 min insanın qatıldığını bildiriblər.
Hamburqdakı nümayiş iştirakçıları AfD-nin qadağan olunması prosedurunun başlanmasının nəzərdən keçirilməsini tələb ediblər.
Etiraz aksiyalarına 100-dən çox təşkilat, təşəbbüs və həmkarlar ittifaqı qoşulub.
- Putinin istirahət günü yoxdur - Peskov
- İfrat sağçıların reytinqi artdı - Merzin blokunu 9% üstələyir
- Ukraynadan böyük əks-hücum: Rusların bu planı puça çıxdı
- 10 günə 100 min özbək Rusiyanı tərk etdi
- Həmin gündən 4 il ötdü... - Fotolar
- Demokratlar Trampa qarşı araşdırmaya başlayacaq
- Ukrayna ilə görüş: Putin müəyyən edəcək
- Rusiya Ukraynada daha bir nəhəng dərman anbarını vurdu