Bakıda və Abşeron yarımadasında aprelin 7-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən BUTA.TV-a verilən məlumata görə, lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var.
Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 7-10° isti, gündüz 15-19° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80 % olacaq.
Azərbaycan rayonlarında bəzi yerlərdə sabah havanın arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Axşama doğru yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 8-11° isti, gündüz 16-21° isti, dağlarda gecə 0-4° isti, gündüz 4-7° isti olacaq.
- Bu nazirlik üçün xidməti avtomobil limiti artırıldı
- Baş nazirdən yeni qərar: 150 manat gömrük yığımı...
- Şuşanın mərkəzində günəş enerjisi ilə işləyən "Kitab dayanacağı"...
- Qazaxda ata və qızı göldə batdı
- Bir və “UnionPay” tərəfdaşlığı ilə beynəlxalq ödəniş imkanları...
- Ədliyyə Nazirliyi onu Azərbaycana gətizdirdi
- Dəyirmi masa: Çimərliklərdə təhlükəsizlik tədbirləri... - Foto
- TuranBank-ın Gəncə filialı artıq yeni ünvanda