“Kolbasa və sosiskaların üzərinə “halal” yazıb, lakin tərkibinə donuz əti vurmaq yolverilməzdir. Ümumiyyətlə, ölkədə halal sertifikatlaşdırma ilə bağlı problemlər yaşanır.
İllər boyudur ki, istehlakçılar aldadılırlar. Bu, anormal bir haldır.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) tədqiqatlar aparması çox yaxşı haldır. Lakin AQTA 8-ci kilometr bazarında kiloqramı 2 manat 30 qəpiyə satılan kolbasaları da araşdırmalıdır. 20-yə qədər qeyri-qanuni yolla kolbasa, sosiska istehsal edən yerlər var. Heç AQTA onlara nəzarət edə bilmir. İctimai nəzarət olmalıdır. Əhali AQTA-ya məlumat verməli, belə yerlər ifşa olunmalıdır…"
Bu sözləri açıqlamasında Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov deyib. O bildirib ki, AQTA-nın kolbasa və sosiska məhsullarından götürülmüş nümunələrində uyğunsuzluq aşkarladığı "Səhliyalı" Kiçik Müəssisəsi, Rəhimovların Ailə Təsərrüfatı, "Sevilən Ad" MMC, "Mir 2016" MMC, "M&T" Ltd firması, "Ovçular Ət və Ət Məhsulları" MMC şirkətləri barədə AİİB-ə şikayət gəlməyib: “Müxtəlif yerlərdən şikayətlər gəlsə də, AQTA-nın uyğunsuzluq aşkarladığı şirkətlərdən, demək olar, şikayət həmişə yox dərəcəsində olub.
Ofisiantların ölümünə səbəb olan elektrik xətti Mehdiyevlərin bağına gedirmiş
Lakin bazarın, təxminən, 30%-i ucuz, keyfiyyətsiz kolbasa, sosiska məhsulları ilə zəbt olunub. Əksər hallarda bu barədə şikayətlər gəlir. Çox yaxşıdır ki, AQTA bu məsələləri araşdırıb. Yəqin? digər şirkətlər də bundan nəticə götürər. AQTA mütləq xarici kolbasa və sosiska məmumlatlarına da diqqət yetirməlidir. Düşünürəm ki, əvvəl oradan başlamalı idi”.
- Ərəb turistlərin Azərbaycana marağı azaldı – Səbəb
- Ofisiantların ölümünə səbəb olan elektrik xətti Mehdiyevlərin bağına gedirmiş
- Azərbaycan XİN Çinə başsağlığı verdi
- Ukrayna üzrə heç bir sülh müqaviləsi layihəsi olmayıb
- İki görüş 37 illik münaqişəni həll edə bilməz - Paşinyan
- Yanğına səbəb olan sahibkarlar: Hansı cəzalar gözləyir?
- Dedilər ki, sizin Zəngəzur dəhliziniz var, gedin oradan keçin...
- Yevdokimov: Bakı ilə bu rəqəm 5 milyarda çatacaq