Daha bir yolda sürət həddinin endirilməsi ilə əlaqədar olaraq müvafiq yol nişanları quraşdırılıb.
Bu barədə BUTA.TV-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.
Bildirilib ki, Bakı-Şamaxı yolunda (Bakı şəhərinin inzibati ərazisinə düşən hissəsi) müvafiq yol nişanları quraşdırılaraq maksimum sürət həddi 70 km/saatdan 60 km/saat-a endirilib.
Qeyd olunub ki, bu dəyişiklik yol hərəkəti təhlükəsizliyi səviyyəsini qaldırmaqla bərabər, sürücülərdə çaşqınlıq yaranmamasına və lüzumsuz cərimələrdən yayınmalarına səbəb olacaq:
"Sürücülərdən yol nişanlarının tələbinə uyğun olaraq tətbiq edilən yeni sürət həddinə riayət etmələrini xahiş edirik".
- Maşından 20 min manat oğurlayan şəxs saxlanıldı
- Bu nazirlik üçün xidməti avtomobil limiti artırıldı
- Baş nazirdən yeni qərar: 150 manat gömrük yığımı...
- Şuşanın mərkəzində günəş enerjisi ilə işləyən "Kitab dayanacağı"...
- Qazaxda ata və qızı göldə batdı
- Bir və “UnionPay” tərəfdaşlığı ilə beynəlxalq ödəniş imkanları...
- Ədliyyə Nazirliyi onu Azərbaycana gətizdirdi
- Dəyirmi masa: Çimərliklərdə təhlükəsizlik tədbirləri... - Foto