Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, ayrı-ayrı nazirlərin, komitə və agentlik rəhbərlərinin bölgələrdə vətəndaşlarla birbaşa görüşü ənənə halını alıb.
Ancaq son zamanlar bəzi rəhbər şəxslər Prezidentin bu tapşırığına formal əməl edir.
Belələrindən biri də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə heyətinin sədri Saleh Məmmədovdur. Bu gün Göygöl rayonuna vətəndaş qəbulu adı ilə gedən Saleh Məmmədov Heydər Əliyev Mərkəzində vətəndaşlarla görüş adı ilə rəhbərlik etdiyi qurumun 10-12 nəfər əməkdaşları ilə görüşüb. Agentlik rəhbəri ilə görüşə qatılmaq istəyən Kəlbəcər köçkünlərinin Gununsesi.info-ya verdiyi məlumata görə, Saleh Məmmədovun regional idarələrinin rəhbərləri əsl problemi olan vətəndaşların qəbuluna maneçilik törədib.
Onlar arasında 44 Günlük Vətən Müharibəsinin qaziləri də olub. Məmmədovun adamları qaziləri görüşə salmaq əvəzinə onlara pul təklif edib. Bu təklifi qəbul edənlərlə yanaşı rədd edənlər də olub.
Göygöl və ətraf rayonların sakinlərinin qəbulu adı ilə təşkil olunan görüş cəmi 30 dəqiqə çəkib.
Ətrafdakı vətəndaşları isə polis vasitəsi ilə sıxışdıran Məmmədovun adamları səs-küy salanları həbslə hədələyib.
- Cərimə balları sıfırlandı - Səbəb texniki imiş
- Messi ağladı, mən ağladım...
- Bu ərazilərdə iki saat işıq olmayacaq
- ABŞ-da benzin qiymətləri kritik səviyyəni keçdi
- MN nümayəndə heyəti Yaşar Gülərlə görüşdü
- Göldə boğulub ölən ata-qızın - Fotoları
- Məhəmmədəli Qəribli 50 illik yubileyi münasibəti ilə təltif edildi
- Lukaşenko azərbaycanlı sənətçini təltif etdi