İran səfirliyinin "persona-non-grata" elan edilən 4 diplomatından biri Qurbanəli Purmərcan Varcovi İranın Bakıdakı mədəniyyət mərkəzinin sədridir.
Buta.tv "Unikal"-a istinadən xəbər verir ki, Purmərcan 2021-ci ildə Azərbaycandan qaçan dini təbliğatçı, İranın ali dini lideri Xameneinin Azərbaycandakı nümayəndəsi Seyid Əli Əkbər Ocaqnejadın yerinə keçmiş və hələ də onun ölkədəki yarım qalan işlərini davam etdirirdi.
Qeyd edək ki, Ocaqnejadın ofisinin yerləşdiyi Hüseyniyyə məscidi İran Mədəniyyət Mərkəzi kimi təqdim edilsə də, orada mədəniyyət təbliği üçün deyil, Azərbaycana qarşı dini-ideoloji və siyasi mübarizə və gizli şəbəkənin yaradılması üçün istifadə olunduğu müəyyən edilib. Sözügedən məscid və ofisin bir-birindən ayrı giriş-çıxışı var idi.
Məlumata görə, Purmərcan da sələfi kimi fəliyyət göstərib. O, İranın Cənubi Afrika və İtaliyadakı mədəniyyət müşaviri, Asiya və Sakit Okean regionunda mədəni əlaqələrin inkişafı üzrə baş direktor və Afrika ilə ərəb dünyası arasında mədəni əlaqələrin inkişafı üzrə baş direktor kimi uğursuz fəaliyyətlərindən sonra Bakıda Ocaqnejadın yerinə göndərilmişdi.
- Cərimə balları sıfırlandı - Səbəb texniki imiş
- Messi ağladı, mən ağladım...
- Bu ərazilərdə iki saat işıq olmayacaq
- ABŞ-da benzin qiymətləri kritik səviyyəni keçdi
- MN nümayəndə heyəti Yaşar Gülərlə görüşdü
- Göldə boğulub ölən ata-qızın - Fotoları
- Məhəmmədəli Qəribli 50 illik yubileyi münasibəti ilə təltif edildi
- Lukaşenko azərbaycanlı sənətçini təltif etdi