Milli Məclisin dünənki plenar iclasında seçicilərimin Suraxanı rayonunun ərazisinin 4 nəfər tərəfindən zəbt olunması barədə etdikləri kollektiv müraciətləri əsasında bu haqda çıxış etdim. Bunlardan biri də 5 il bu rayonun icra başçısı işləmiş Hacıbala Abutalıbovdur. Özünü mütrüb kimi göstərən bu şəxsin illərlə bağlı qalan ikicə villasına diqqət edin. Bunlardan biri Qaraçuxur qəsəbəsinin Rafiq Alıcanov küçəsində, digəri Şərq yaşayış massivində yerləşir. Görün nə qədər ərazini zəbt edib.
BUTA.TV xəbər verir ki, bunu deputat Etibar Əliyev sosial şəbəkə hesabında bildirib.
“Seçildiyim Qaraçuxur və Yeni Günəşlidə uşaq bağçası, eyni zamanda xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün internat evinə ciddi ehtiyac var. Körpə balaları qarlı-yağışlı günlərdə başqa ərazilərdəki bağçalara və internatlara aparırlar. Hacıbala müəllimin vicdanı olsa qapısını açmadığı ona məxsus bu əzəmətli villaları uşaqların ixtiyarına versə, Allaha da xoş gedər. Əks təqdirdə hökumətin bu işə qarışması vacibdir. Çünki adını çəkdiyim digər 3 şəxs və Hacıbala Abutalıbov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Suraxanı rayonundakı hektarlarla ərazini qanunsuz zəbt ediblər”, - E.Əliyev vurğulayıb.
Deputat paylaşımına həmin villaların fotolarını da paylaşıb.
“Bu, Kəmaləddin Heydərovun nüfuzuna ciddi zərbə vuracaq” - FHN-də istefalar...
Həmin görüntüləri təqdim edirik:
- FHN qar uçqunu təhlükəsi ilə əlaqədar əhaliyə müraciət etdi
- Azərbaycan daha bir ölkədən quzu əti idxalına başladı
- Yas mərasimlərindəki dəbdəbəyə qarşı... - Rəsmi
- Fevralın 24-də ölkədə bu bayram qeyd olunacaq
- Vüqar Qurbanov 300 minlik avtomobil sürürmüş - Nömrəsi də xüsusi seçilib - FOTO
- X sosial şəbəkəsi çökdü
- Sabah ilin ilk Günəş tutulması olacaq
- Samir Nuriyevin sədrliyi ilə iclas keçirildi