Səudiyyə Ərəbistanının iki astronavtdan ibarət Beynəlxalq Kosmik Stansiyaya göndəriləcək kosmik missiyasının fəzaya buraxılması tarixi açıqlanıb.
BUTA.TV xəbər verir ki, bununla bağlı Səudiyyə Ərəbistanının Kosmik Komissiyası, NASA, “SpeysX” və “Axiom Space” şirkətlərinin Ər-Riyadda keçirilən birgə mətbuat konfransında bildirilib.
Qeyd olunub ki, ilk milli astronavt proqramının üzvləri olan Əli əl-Qarni və Rayyana Bərnavinin daxil olduqları “Axiom-2” missiyası mayın 8-də ABŞ-nin Florida ştatındakı Kennedi Kosmik Mərkəzindən kosmik fəzaya göndəriləcək. Onları təcrübəli amerikalı astronavtlar Peqi Uitson və Con Şofner müşayiət edəcəklər.
- Avropa parçalanıb, ruslara qadağa qoysaq... - Tsimmerman
- İran Hörmüz boğazından keçid qaydalarını sərtləşdirir
- "Şimal Axını"nı Ukrayna partlatmayıb - Zelenski
- Belarus vətəndaşları Şimali Koreyaya vizasız gedə biləcək
- Qazaxıstanda seçkilər: "Ekzit-poll" nəticələri açıqlandı
- Prezidentin şərəfinə Daşkənddə atəşfəşanlıq - Video
- Prezident ailəsinin səmimi - Fotosu
- Prezident Zəngəzur dəhlizi barədə danışdı