Abşeron Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsi həbs edilib.
Baş Prokurorluğun Mətbuat xidmətindən BUTA.TV-a bildirilib ki, Abşeron Rayon İcra Hakimiyyəti başçısının Mehdiabad qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əli Həsənovun qanunsuz əməlləri ilə bağlı keçirilən əməliyyat-axtarış tədbirləri çərçivəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.
İstintaq zamanı Əli Həsənovun Mehdiabad qəsəbəsində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahələrində fərdi yaşayış evlərinin tikintisinə icazələrin, müxtəlif məzmunlu arayışların verilməsi və ümumi himayədarlıq müqabilində çoxsaylı vətəndaşlardan rüşvət almasına əsaslı şübhələr müəyyən edilib.
Əli Həsənova Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311.3.2-ci (təkrar rüşvət alma) maddələri ilə ittiham elan edilməklə, barəsində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilib.
“Bu, Kəmaləddin Heydərovun nüfuzuna ciddi zərbə vuracaq” - FHN-də istefalar...
İbtidai istintaq davam etdirilir.
- FHN qar uçqunu təhlükəsi ilə əlaqədar əhaliyə müraciət etdi
- Azərbaycan daha bir ölkədən quzu əti idxalına başladı
- Yas mərasimlərindəki dəbdəbəyə qarşı... - Rəsmi
- Fevralın 24-də ölkədə bu bayram qeyd olunacaq
- Vüqar Qurbanov 300 minlik avtomobil sürürmüş - Nömrəsi də xüsusi seçilib - FOTO
- X sosial şəbəkəsi çökdü
- Sabah ilin ilk Günəş tutulması olacaq
- Samir Nuriyevin sədrliyi ilə iclas keçirildi