Aprelin 10-da Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən BUTA.TV-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Lakin axşam yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub küləyi əsəcək.
Havanın temperaturu gecə 8-11° isti, gündüz 16-20° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80 % olacaq.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gündüz qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir.
Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq, mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 6-10° isti, gündüz 15-20° isti, dağlarda gecə 1° şaxtadan 4°-dək isti, gündüz 4-6° isti olacaq.
- Azərbaycanda uşaq qidasının tərkibində toksinlər aşkarlandı
- Bakıda qeyri-adi hadisə : "Prius" pilləkəndə qaldı - Video
- Leyla Əliyeva pianoda xalq mahnısını ifa etdi - Video
- “Nərimanov” metrostansiyasının çıxışı bağlanır?
- Bakıdakı bazarlar bağlanacaq? - Rəsmi
- İcra başçısı çayxanaya gəldi, narazılıq yarandı - Video
- Son 30 ildə Xəzər dənizinin səviyyəsi 2,5 metr azalıb
- Ərdoğandan İsrailin “erməni soyqırımı”nı tanımaq qərarı ilə bağlı - İlk açıqlama