Mədəniyyət Nazirliyi xalq artisti İranə Tağızadənin vəfat etməsi ilə bağlı nekroloq yayıb.
Kult.az nekroloqun mətnini təqdim edir:
“Xalq artisti İranə Tağızadə vəfat edib
Azərbaycan mədəniyyətinə, ölkəmizin teatr ictimaiyyətinə ağır itki üz verib. Görkəmli rejissor, xalq artisti, Prezident təqaüdçüsü İranə Tağızadə 66 yaşında vəfat edib.
İranə Tofiq qızı Tağızadə 7 may 1957-ci ildə Bakı şəhərində anadan olub.
1976-1981-ci illərdə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram rejissoru fakültəsində təhsil alıb.
İranə Tağızadə 1984-cü ildən Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında çalışıb.
Bu sənət ocağında çalışdığı müddətdə İ.Tağızadə F.Dostoyevskinin “Karamazov qardaşları”, U.Şekspirin “On ikinci gecə”, T.Uilyamsın “Arzu tramvayı”, Elçinin “Artistin taleyi”, “Teleskop, ya yuxuda və reallıqda uçuşlar”, M.Kamolettinin “Ah, bu Anna”, A.Puşkinin “Çar Saltanın nağılı”, R.Şartın “Mənim arvadımın adı Morisdir” və s. bu kimi tamaşalara quruluş verib.
Onun Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında hazırladığı Elçinin “Sənətkarın taleyi” quruluşu tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.
Teatr sahəsindəki xidmətlərinə görə o, 2008-ci ildə Əməkdar incəsənət xadimi, 2013-cü ildə Xalq artisti fəxri adlarına layiq görülüb.
Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü idi.
Qeyd edək ki, İrana Tağızadə rejissor Tofiq Tağızadənin qızı, aktyor Firdovsi Atakişiyevin həyat yoldaşıdır.
Allah rəhmət eləsin!”
- Trampdan Azərbaycan açıqlaması: Bunu həll etdim!
- Fransanın Bakıya göndərdiyi səfir barədə - Yeni detallar
- Nazirlik araşdırmaya başladı: şok faktlar - VİDEO
- Müharibədən sonra ölkəmizə gələn ukraynalıların sayı...
- Müğənni Rəqsanənin həbsinə dair iddialar: Aysun son nöqtəni qoydu
- “Rusiya Azərbaycana qarşı ikinci cəbhə açmağa cəsarət etməz” - Tofiq Zülfüqarov
- 15 yaşlı oğlanın qətli: 10 manata görə...
- Sabah 18 kənddə qaz olmayacaq