12-14 sentyabr 2022-ci il tarixində şərti sərhəddə baş vermiş döyüş prosesində meyiti tapılaraq təhvil verilən və azad edilən erməniəsilli şəxslərin sayı açıqlanıb.
BUTA.TV xəbər verir ki, bunu Report-a müsahibəsində Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov deyib.
O bildirib ki, 12-14 sentyabr 2022-ci il tarixində şərti sərhəddə baş vermiş döyüş prosesində həlak olmuş 157 nəfər erməni hərbçisi tapılaraq təhvil verilib:
"Vətən müharibəsi başa çatandan hazırkı vaxta qədər Azərbaycan Respublikası 181 erməni əsilli şəxsi azad edərək təhvil verib. Azad edilmiş 181 erməni əsilli şəxslərdən 17 nəfəri 12-14 sentyabr hadisələrində saxlanılan Ermənistan hərbçiləri olub".
Prezidentlər açılış və təməlqoyma mərasimində onlayn formatda iştirak etdilər - Foto+Video
- İran Hörmüz boğazından keçid qaydalarını sərtləşdirir
- "Şimal Axını"nı Ukrayna partlatmayıb - Zelenski
- Belarus vətəndaşları Şimali Koreyaya vizasız gedə biləcək
- Qazaxıstanda seçkilər: "Ekzit-poll" nəticələri açıqlandı
- Prezidentin şərəfinə Daşkənddə atəşfəşanlıq - Video
- Prezident ailəsinin səmimi - Fotosu
- Prezident Zəngəzur dəhlizi barədə danışdı
- Prezident kişilərin qucaqlaşmasına qarşı çıxdı: Bu nədir?!