Azərişıq ASC-nin əməkdaşları barədə cinayət işi başlanılıb, ibtidai istintaq tamamlanıb.
Bu barədə BUTA.TV-a Qəbələ Rayon Prokurorluğundan məlumat verilib.
Belə ki, ötən il iyulun 28-i Qəbələ rayonunun Bum qəsəbəsi ərazisində 2011-ci il təvəllüdlü Aqşin Ağasiyevin elektrik cərəyanı vurması nəticəsində ölməsi faktına görə rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı yekunlaşıb.
İbtidai istintaqla Azərişıq ASC-nin Şimal-Qərb Regional Enerji Təchizatı və Satışı İdarəsinin Qəbələ Elektrik Şəbəkəsi tərəfindən rayonun Bum qəsəbəsi ərazisində elektrik xətlərinin yenilənməsi işləri aparılarkən Şəbəkənin iş içraçısı və nəzarətçisi Elxan Məmmədyarov baş mühəndis Natiq Əsədovun işlərin tamamlanması görüntüsü yaratmaq məqsədilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil edərək vəzifə saxtakarlığı etməsi, eləcə də səhlənkarlıq edərək xidməti vəzifələrini yerinə yetirməməsi səbəbindən Aqşin Ağasıyevin elektrik cərəyanı vurması nəticəsində ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Natiq Əsədov və Elxan Məmmədyarova Cinayət Məcəlləsinin 313 (vəzifə saxtakarlığı) və 314.2-ci (səhlənkarlıq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə ittiham elan edilərək cinayət işi baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.
- Bakıda tarixi UFC gecəsi - 72 ölkədən azarkeş və tam dolu arena
- Qarşısında baş əyməyi müzakirə yaratdı - Video
- Elə leysan yağır ki, oyun başlaya bilmir - Video
- 6 gün dağıntılar altında sağ qaldı - Cəmi 3 yaşı var
- Azərbaycanda uşaq qidasının tərkibində toksinlər aşkarlandı
- Bakıda qeyri-adi hadisə : "Prius" pilləkəndə qaldı - Video
- “Nərimanov” metrostansiyasının çıxışı bağlanır?
- Bakıdakı bazarlar bağlanacaq? - Rəsmi