İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatında Azərbaycan Bayrağının yandırılmasından sonra yarışı tərk edən azərbaycanlı idmançılar bu gün Gürcüstan paytaxtına gəliblər.
BUTA.TV xəbər verir ki, idmançılar və onların məşqçiləri Tiflis Ş.Rustaveli adına beynəlxalq aeroportunda azərbaycanlı jurnalistlərlə görüşərək təəssüratlarını bölüşüblər.
Azərbaycan milli yığma komandasının baş məşqçisi Emil Əliyev deyib ki, idmançılarımız Azərbaycandan Gürcüstana, buradan isə İrəvanda uçublar. İlk baxışdan hər şey yaxşı görünürdü. Lakin sonradan, belə bir mötəbər çempionatın açılış mərasimində ölkə prezidentinin, baş nazirinin və Avropadan gələn nümayəndə heyətinin gözü qarşısında Azərbaycan Bayrağının yandırılması, təhqir olunması sübut etdi ki, bunlar hamısı gözdən pərdə asmaq imiş. Çempionatda iştirak edən dövlətlərin bayraqları arasında Azərbaycan Bayrağının yandırılması açıq-aşkar vandalizm aktıdır.
“Azərbaycan idmançıları bu çempionata böyük həvəslə qatılıblar. Lakin, ermənilərin bu hərəkəti idmançılarımızın psixoloji durumuma çox pis təsir göstərdi. Biz fikirləşdik ki, açılış mərasimində bu cür vandalizm aktını törədənlər yarış vaxtı idmançılarımıza qarşı daha ciddi ziyan vura bilərlər. Hamı da yaxşı bilirdi ki, Azərbaycan idmançıları bu yarışa necə ciddi hazırlaşıblar. Idmançılarımız İrəvanda məhz medal qazanmaq üçün gəliblər. Ermənilərin bundan sonra daha hansı təxribatlar törətməyəcəklərinə isə heç kim zəmanət verə bilməzdi. Ona görə də biz yarışda iştirak etməkdən imtina etdik”, - baş məşqçi qeyd edib.
- Sərhədimizini pоzduqlarına görə 21 nəfər saxlanıldı
- Zamin Zəkinin cəzası azaldıldı
- BakıKart artıq ABB mobile-da!
- Sabiq məmurun cinayət işi məhkəməyə göndərildi - Foto
- Alyona Əliyeva sərgidən yeni fotolar paylaşdı
- Gürcüstanda azərbaycanlı qız öldürüldü - Foto
- Ursula Fon der Lyayen Azərbaycandadır - Fotolar
- Sumqayıtda mənzil sahibi olmaq istəyənlər üçün yeni fürsətlər...