Aprelin 16-da Türkiyə idmançısı Bayav Pelinsu Ermənistanın paytaxtı İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatı zamanı huşunu itirib.
BUTA.TV xəbər verir ki, 49 kq çəki dərəcəsində mübarizə aparan 21 yaşlı ağırlıqqaldıran ştanqaya yaxınlaşaraq onu bir neçə saniyə qaldırıb. Lakin o, qəfildən ştanqı yerə atıb və huşunu itirib. Türkiyəli idmançıya dərhal tibbi yardım göstərilib.
Xatırladaq ki, aprelin 15-dən aprelin 23-dək İrəvanda ağır atletika üzrə Avropa çempionatı keçirilir. Yarışda 400-ə yaxın idmançı iştirak edir.
- Yenidən prezident seçilmək hüququm var - Tokayev
- Rusiya itkilərinin 80 faizini bu şəhərdə verir
- Prezident xanımı ilə Özbəkistandadır
- Erməni ordusunda insident: Hərbçi öz yoldaşını güllələdi
- İlham Əliyevin təyyarəsi Daşkəndə çatdı - Video
- İran Məkkə sazişinə dəvət edildi
- Pakistan ordusunun komandanı İrana gedir
- İran hakerləri Britaniyada elektrik stansiyasını söndürdülər