Budapeşt taxıl idxalına müvəqqəti qadağa qoysa da, macar tərəfi Ukrayna kənd təsərrüfatı məhsullarının tranzitini təmin etməyə davam edəcək.
BUTA.TV xəbər verir ki, bunu Ukraynanın Aqrar Siyasət və Ərzaq naziri Mikola Solski deyib.
O bildirib ki, macar həmkarı ilə Ukraynanın kənd təsərrüfatı məhsullarının Macarıstana ixracı ilə bağlı vəziyyəti müzakirə edib:
"Macarıstanın kənd təsərrüfatı naziri əmin edib ki, Ukrayna kənd təsərrüfatı məhsullarının tranziti gələcəkdə də davam etdiriləcək".
Ukraynalı nazir birtərəfli qərarların qəbuledilməzliyinə işarə vurub, həmçinin müvafiq mövzu üzrə danışıqları davam etdirməyə çağırıb.
- Sabah çimərliklərdə hava necə olacaq?
- Musiqi üzrə qabiliyyət imtahanlarına start verildi
- Respondentlərin 93.6 faizi İlham Əliyevin fəaliyyətini müsbət qiymətləndirir - MEDİA
- Sərhədimizini pоzduqlarına görə 21 nəfər saxlanıldı
- Zamin Zəkinin cəzası azaldıldı
- BakıKart artıq ABB mobile-da!
- Sabiq məmurun cinayət işi məhkəməyə göndərildi - Foto
- Alyona Əliyeva sərgidən yeni fotolar paylaşdı