Putin nüvəyə əl atmayacaq, Krımı vurun! - Volker

09:12 - 17 Aprel 2023 - GÜNDƏM

 Putin nüvəyə əl atmayacaq, Krımı vurun! - Volker

Artıq hazırkı mərhələdə Ukrayna Krımı Rusiyadan təcrid etməlidir.

BUTA.TV xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin Ukrayna üzrə keçmiş xüsusi nümayəndəsi Kurt Volker deyib.

"Krım Ukraynanın gələcək təhlükəsizliyi üçün çox vacibdir, çünki yarımadaya nəzarət olmadan dəniz təhlükəsizliyini təmin etmək çox çətin olacaq. İndi Krımı hərbi güclə ələ keçirməyə ehtiyac yoxdur. Krımı Rusiyadan təcrid etmək lazımdır. Xüsusən, Krım körpüsünü yenidən vurmaqla bunu etmək olar. Ola bilsin ki, Sevastopoldakı hərbi baza məhv edilə bilər. Bu addımlar Krımı hərbi baza kimi istifadə etməyi çətinləşdirəcək və onu Rusiyanın dəstəyindən məhrum edəcək. Düşünürəm ki, Ukrayna bunu indi edə bilər", - o vurğulayıb.

Onun sözlərinə görə, insanlar Rusiyanın nüvə və ya kimyəvi silahdan istifadə edə biləcəyindən narahatdır:

Bu xəbər hal-hazırda çox oxunur
Rusiya DİN Şıxlinskini axtarışa verdi - Foto

"Bu istiqamətdə eskalasiyanın olacağını düşünmürəm. Rusiyanın nüvə silahından istifadə etmə ehtimalı kifayət qədər aşağıdır. Hətta taktiki səviyyədə Rusiyanın öz qoşunlarını məğlubiyyətdən qorumaq üçün texnikası yoxdur. Çin və Hindistan Putinə nüvə silahından istifadə etməmək barədə xəbərdarlıq ediblər".


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol