Ermənistanın İrəvan şəhərində keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan Bayrağının yandırılması ilə bağlı Benilüks Azərbaycanlıları Konqresinin və Niderland Krallığında fəaliyyət göstərən digər təşkilat və icma üzvləri aidiyyəti qurumlara bəyanat göndəriblər.
BUTA.TV xəbər verir ki, Avropa və Niderland parlamentlərinə ünvanlanmış bəyanatda Azərbaycan əsgərinə verilən işgəncələrdən az sonra Ermənistanda Azərbaycan Bayrağının yandırılması ermənilərin Azərbaycana qarşı fobiyasını, nifrətini əks etdirdiyi vurğulanıb. Bildirilib ki, Ermənistanın paytaxtı İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasiminin ümumdünya yayımında İctimai Televiziya şirkətinin əməkdaşı, bu ölkənin dizayneri, çempionatın təşkilatçılarından biri Azərbaycan Bayrağını yandırıb. Mərasimdə Ermənistanın baş naziri də olub.
“Ermənistandakı nifrət mühiti Azərbaycan idmançılarının yarışda iştirakını qeyri-mümkün edib. Belə bir vəziyyətdə azərbaycanlı idmançıların Vətənə qaytarılması barədə qərar qəbul edilib. Ermənistan tərəfinin təmin etdiyi təhlükəsizlik sual altındadır və belə düşmənçilik hərəkətləri bütün ümidləri puç edir.
Biz - Niderlandda yaşayan Azərbaycan icmasının üzvləri ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycanın dövlət bayrağının yandırılmasını qətiyyətlə pisləyir və Avropa Ağır Atletika Federasiyasından Ermənistana qarşı sanksiyalar tətbiq etməyi tələb edirik. Nifrət hissini əks etdirən hər iki hadisəyə hüquqi qiymət verilməsini tələb edirik”, - deyə bəyanatda qeyd olunub.
Emin Hüseynovdan sensasion açıqlama: “Səfirlikdən çıxışımda Rasim Əliyev dəstək olmuşdu”
Niderland Krallığında yaşayan soydaşlarımız beynəlxalq ictimaiyyəti səsini ucaltmağa və hamı tərəfindən qəbul edilmiş qaydaları dəstəkləməyə dəvət ediblər. Onlar beynəlxalq ictimaiyyəti bu cinayət hadisəsinə reaksiya verməyə və ondan Ermənistandan beynəlxalq hüquq çərçivəsində öz öhdəliklərini yerinə yetirməyi tələb etməyə çağırıblar.
- Əli Əhmədovun baş həkim təyin olunan oğlunun özəl klinikası da var - 700 min manat...
- Azərbaycan Suriyada 10-a yaxın yeni məktəb tikəcək
- İtkin şəhidimizin 34 il sonra nəşi tapıldı
- Bəzi şəxslərə pulsuz mənzil veriləcək
- Ağdam minalardan belə təmizlənir - Foto
- Abşeron dairəvi marşrutu üçün başqasına bilet almaq mümkündür?
- Taleh Quliyev vəzifəsindən ayrıldı
- İraqa köçürülən İŞİD-çilər arasında 55 azərbaycanlı var