İrəvan şəhərində yerləşən Qərbi azərbaycanlıların tarixi Təpəbaşı məhəlləsinin yer üzündən silinməsi təhlükəsi daha fəal fazaya keçmişdir. Ərazi artıq Fransanın Lion şəhərinin merinin hədəfindədir.
BUTA.TV xəbər verir ki, bunu “İrəvan şəhərində Azərbaycan milli-mədəni, tarixi irsinin sonuncu qalığı Təpəbaşı məhəlləsinin taleyi: Ermənistanda Azərbaycan xalqının irsinin dağıdılması və tarixi izlərin silinməsi” üzrə araşdırmanın müəllifi, tədqiqatçı, tarixçi Səbuhi Hüseynov qeyd edib.
Tarixçi xatırladıb ki, son tədqiqatların nəticələri məhəllənin 360 ədəd tarixi-mədəni irs nümunəsindən ibarət olduğunu göstərir:
“Onlardan 35%-i hələ də özünün ilkin tarixi obrazını, tikinti strukturunu və orijinallığını qorumaqdadadır. Bundan başqa, məhəllədə mədəni irs nümunələrimizdən XVII əsrə aid Hacı İmamverdi məscidi dağıntılara məruz qalsa da, hələ də mövcuddur.
Emin Hüseynovdan sensasion açıqlama: “Səfirlikdən çıxışımda Rasim Əliyev dəstək olmuşdu”
Əgər Təpəbaşı məhəlləsi yer üzündən silinərsə, biz İrəvan şəhərinin çoxəsrlik unikal tarixi şəhər nüvəsini, XVI-XVII əsrlərə aid tarixi hissəsinin türk-müsəlman məhəllə sistemini birdəfəlik itirmiş olacağıq. Bu yer bizim İrəvanda yeganə sağ qalmış və Azərbaycan xalqına qarşı aparılan yüzillik soyqırım, deportasiya və tarixi varisliyimizin tək maddi sübutudur.
Buna görə, etirazlarımızı artırmalıyıq. Təpəbaşı məhəlləsinin bərpa layihəsi həyata keçirilərkən Qərbi Azərbaycan icmasının da irad və təklifləri nəzərə alınmalı, layihədə iştirakı təmin edilməlidir. Bu onun hüququdur və Təpəbaşı məhəlləsinin maddi-mədəni irsinin yeganə varisi Qərbi azərbaycanlılardır”.
- Teleqram kanalları kütləvi şəkildə bloklanır
- Leyla Əliyeva Albaniyada Edi Rama ilə görüşdü
- Əli Əhmədovun baş həkim təyin olunan oğlunun özəl klinikası da var - 700 min manat...
- Azərbaycan Suriyada 10-a yaxın yeni məktəb tikəcək
- İtkin şəhidimizin 34 il sonra nəşi tapıldı
- Bəzi şəxslərə pulsuz mənzil veriləcək
- Ağdam minalardan belə təmizlənir - Foto
- Abşeron dairəvi marşrutu üçün başqasına bilet almaq mümkündür?