Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə son çıxışı zamanı ölkəsinin iki qonşusu – Türkiyə və Azərbaycanla münasibətlərin normallaşdırılması vacibliyindən danışıb. O, bunu İkinci Qarabağ müharibəsindən sonra bir neçə dəfə söyləyib. Ona görə də Paşinyanın bu cümləsində qeyri-adi heç nə yoxdur, təkrarlanan fikirlərdir, sadəcə dediklərini reallaşdırmır.
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
O bildirib ki, Paşinyanın çıxışında digər iki fikir diqqəti cəlb edir:
“Birinci cümləsində deyib ki, hökumətin əsas vəzifəsi xalqı ağrılı və güzəştli qərarlara hazırlamaqdır. Onun ikinci cümləsi isə təxminən belədir: “Ermənistanın inkişafının və ərazisinin genişlənməsinin başqalarına qarşı istifadəsiylə barışmayacaqlar”.
Emin Hüseynovdan sensasion açıqlama: “Səfirlikdən çıxışımda Rasim Əliyev dəstək olmuşdu”
Bu iki cümlə Azərbaycanla bağlıdır və bu mənada Paşinyan haqlıdır. Paşinyanın vəzifəsi xalqını Azərbaycanın ərazi bütövlüyünə və Qarabağı Azərbaycan ərazisi kimi tanımağa hazırlamaqdır. Əslində müharibədən məğlubiyyətlə ayrılan Paşinyana yenidən səs verən susqun çoxluq Qarabağı Azərbaycan ərazisi kimi tanımağa çoxdan hazırdır. İkinci fikri də reallığı əks etdirir ki, Azərbaycan Ermənistanın hərbi gücünün artmasının yenidən bizə qarşı istifadəsinə seyrçi qalmayacaq. Gərək Ermənistan Azərbaycan və Türkiyə ilə yazılı anlaşmalarla sülh əldə etsin ki, inkişafı ehtimalı heç kimə mane olmasın.
Nikol Paşinyan parlamentdə ötənilki çıxışında da başqa bir etiraf etmiş, Ermənistanın Qarabağ yükünü daşımadığını bildirmişdi. Ancaq o, bu çıxışından sonra addım atmadı. İndi də lazımi sözlər deyib, bu dəfə də ardını gətirməsə, özünün də dediyi kimi, ölkəsi gərginlikdən qurtula bilməyəcək”.
- Teleqram kanalları kütləvi şəkildə bloklanır
- Leyla Əliyeva Albaniyada Edi Rama ilə görüşdü
- Əli Əhmədovun baş həkim təyin olunan oğlunun özəl klinikası da var - 700 min manat...
- Azərbaycan Suriyada 10-a yaxın yeni məktəb tikəcək
- İtkin şəhidimizin 34 il sonra nəşi tapıldı
- Bəzi şəxslərə pulsuz mənzil veriləcək
- Ağdam minalardan belə təmizlənir - Foto
- Abşeron dairəvi marşrutu üçün başqasına bilet almaq mümkündür?